Vilayət Eyvazov rəisi işdən çıxardı

  • By admin
  • 09 Aprel 2020 12:38

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Gununsesi.org-un məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polkovnik-leytenant Müslüm Quliyev vəzifəsindən azad edilib.

O, sərəncama götürülüb.

Nazirin digər əmri ilə Aqil Ələsgərov Suraxanı RPİ-nin İstintaq Şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 

Gununsesi.org