Vilayət Eyvazov keçmiş rəisə yeni vəzifə verdi

  • By admin
  • 08 Mart 2020 12:10

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov keçmiş rəisə yeni vəzifə verib. 

Gununsesi.org xəbər verir ki, nazirin əmri ilə Sumqayıt Şəhər Dövlət Yol Polisi İdarəsinin yol hadisələri üzrə inspektoru, polis polkovnik-leytenantı Eldar Həsənov vəzifəsindən azad edilərək Gəncə Şəhər Baş Polis İdarəsində eyni vəzifəyə təyin edilib.

E. Həsənov daha əvvəl Şəmkir rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi olub. 2019-cu ildə Sumqayıta təyin edilib.

Gununsesi.org