Vilayət Eyvazov general Həsən Şirinovu işdən çıxardı - FOTO

  • By admin
  • 31 Yanvar 2020 17:42

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş verib.

Gununsesi.org-un məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Həsən Şirinov tutduğu vəzifədən azad olunub.

H.Şirinov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Daxili işlər orqanlarında uzun müddət xidmətlərini, dövlətçilik prinsiplərinə sadiqliyini, cinayətkarlığıa qarşı mübarizə və ictimai asayişin qorunması sahəsində fəqləndiyini nəzərə alaraq, habelə anadan olmasının 70 illiyi münasibətilə Bakı şəhər Baş Polis İdarəsinin rəisinin maddi-texniki təminat üzrə müavini polis general-mayoru Həsən Şirinov Daxili İşlər Nazirliyini “Fəxri Fərmanı” ilə təltif olunub.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı saytımıza təsdiq edib.

Qeyd edək ki, bununla bağlı ilk məlumatı Report yayıb.

Gununsesi.org