Vilayət Eyvazov: “Bakıya piyada keçməyə cəhd edirlər”

  • By admin
  • 27 Mart 2020 09:48

“Koronovirusla bağlı ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 746 nəfər inzibati, bir nəfər isə cinayət məsuliyyətinə cəlb olunub”.

Gununsesi.org-un məlumatına görə, bunu Daxili İşlər naziri Vilayət Eyvazov Nazirlər Kabineti yanında operativ gərargahın dünən keçirilən iclasında bildirib.

Nazir deyib ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonuna giriş-çıxışın məhdudlaşdırılmasına baxmayaraq, bəzi vətəndaşlar postlara qədər maşınla, oradan isə piyada keçərək, Bakıya girməyə cəhd edirlər:

“99 nəfər barəsində konkret tədbirlər görülüb”

Gununsesi.org