Vergi borcuna görə 431 şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb

  • By admin
  • 06 Sentyabr 2016 12:25

vergi

Vergilər Nazirliyi borca görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış ödəyicilərin yenilənmiş siyahısını açıqlayıb.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, 5 sentyabr tarixinə vergi borcu olduğuna görə 431 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.

Qeyd edək ki, vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin arasında – “Akord Systems” MMC-nin rəhbəri Seyfullayev Ravil Rahib Oğlu, “Azər İnşaat TT” MMC-nin rəhbəri Quliyev Maqbet Bilal oğlu, “Az-Rost Təchizat” MMC-nin rəhbəri Səlimov Babək Rzavan oğlu, “Gəncə Sənaye Cihaz” ASC-nin rəhbəri Zeynalov Aftandil Bəxtiyar oğlu, “Rakurs” MMC-nin rəhbəri Zeynalov Rövşən Əlibala oğlu daxil bir çox tanınmış şirkət rəhbərlərinin adına rast gəlinir.

Amma nazirlik ümumilikdə həmin fiziki və hüquqi şəxslərin nə qədər borcu olmasını açıqlamayıb.

Anar

Gununsesi.info