Velosiped oğrusu saxlanıldı

  • By admin
  • 21 Avqust 2019 17:16

Xətai rayonunda velosiped oğrusu saxlanılıb. 

 Gununsesi.org xəbər verir ki, Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 30-dan avqustun 19-dək olan müddətdə rayon ərazisində Bakı şəhər sakini olan 5 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən paytaxt sakini F.Bizyarkin tutulub.

Onun əvvəllər də məhkumluğu olub.

 Gununsesi.org