Vaşinqtonda iğtişaş: 6 polis yaralandı

  • By admin
  • 21 Yanvar 2017 22:32

polisss

 

ABŞ-ın paytaxtı Vaşinqtonda yeni prezident Donald Tramp əleyhinə təşkil edilən aksiyalarda 6 polis, o cümlədən bir neçə nümayişçi yaralanıb.

Gununsesi.info xəbər verir ki, paytaxtda bir neçə avtomobil yandırılıb və iaşə obyektlərinin şüşələri sındırlıb.

Qarşıdurma zamanı polisin bibər qazından istifadə etdiyi bildirilib.

Bundan əlavə, 220 iğtişaşçının saxlanıldığı da vurğulanıb.

Qeyd edək ki, nümayiş zamanı etirazçıların əksəriyyətində müxtəlif növ maskaların olması diqqət çəkib.

 

Gununsesi.info