Vaşinqtonda 300-dən çox nümayişçi həbs edilib

  • By admin
  • 02 İyun 2020 22:09

BŞ-ın paytaxtı Vaşinqtonun hüquq-mühafizə orqanları ötən gecə  ərzində qaradərili əhaliyə qarşı polis zorakılığının tətbiqi əleyhinə keçirilən etiraz aksiyalarının 300-dən çox iştirakçısını saxlayıb.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ paytaxtının Polis İdarəsinin rəisi Piter Nyuşem keçirdiyi mətbuat konfransında bildirib.

“Bizdə prosesin sonunda 300-dən çox həbs oldu”, – Vaşinqton polisinin rəhbəri deyib.

Onun sözlərinə görə, “həbslər əsasən qanun pozuntularının üç kateqoriyası ilə izah olunub. Bunlar komendant saatı qaydalarına riayət edilməməsi (həbslərin əksəriyyəti), həmçinin qarışıqlıqlarda və soyğunçuluqlarda iştirak.

 

 

Gununsesi.org