Vaqif Əsədov DYP əməkdaşının vətəndaşı döyməsindən danışdı - DOĞRU DEYİL

  • By admin
  • 18 Avqust 2016 12:51

Vaqif Asadov police

“Vətəndaş Ağayev Araz İmran oğlunun şikayətinin araşdırılmaması barədə Gununsesi.info saytında dərc olunan fikirləri həqiqətdən uzaqdır. Həmin vətəndaşın müraciəti ilə bağlı DİN-nin Daxili Təhqiqatlar İdarəsində araşdırma aparılıb və nəticə barədə onun özü məlumatlandırılıb”. Bu sözləri Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov YPX tərəfindən döyülən vətəndaş Araz Ağayevin Gununsesi.info-da dərc edilən şikayətinə münasibətində bildirib.

Xatırladaq ki, vətəndaş saytımız vasitəsilə baş prokurora ünvanladığı şikayətində döyülməsi faktının polis orqanlarında araşdırılmaması və süründürməçiliklə üzləşməsini göstərib.

Redaksiyamızla əlaqə saxlayan Vaqif Əsədov isə vətəndaşın fikirlərini təkzib edib: “Orada kifayyət qədər doğru olmayan fikirlər var. O yazır ki, guya gözünü reanimasiyada açıb. Bu, belə olmayıb və o, özü xəstəxanaya gedib. Bütün hallarda bəyan edirik ki, onun  söylədikləri doğru deyil. Ona müvafiq cavablar da verilib”.

Gununsesi.info