Vaqif Əsədov: “Enerjiyə qənəat məqsədilə yollarda işıqlar söndürülür”

Vaqif Əsədov: “Enerjiyə qənəat məqsədilə yollarda işıqlar söndürülür”

yollar

Son günlərdə əksərən gecə saatlarında Bakının, eləcə də bölgələrə gedən bir çox magistral yolların işıqları söndürülür. Zülmətə boyanan bu yollarda isə sürücülərin hərəkət təhlükəsizliyi çətinə düşür. Bəs işıqların söndürülməsinə səbəb nədir?

Gununsesi.info lent.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov faktı təsdiqləyərək bildirib ki, yol polisi əməkdaşları da yollardakı işıqların yanmaması ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər.

DYP rəsmisinin sözlərinə görə, gecələr yollarda işıqların söndürülməsi enerjiyə qənəat edilməsi ilə məqsədilə həyata keçirilir. V.Əsədov bildirib ki, hər bir saatdan bir ayrı-ayrı küçələrdə işıqlar söndürülür”.

V.Əsədov qaranlıq yollarda avtomobil idarə edən sürücülərə də müraciət edərək  deyib ki, qaranlıq sahələrdə uzaq vuran işıqlardan, yaxın işıqlardan düzgün istifadə edilməlidir: “Peşəkar sürücülər avtomobil idarəetmə qabiliyyətlərini ortaya qoyub, işıqlanma olmayan küçələrdə qəza hadisəsindən yayına bilərlər.

Gununsesi.info

COMMENTS