“Valensiya” klubunun 10 futbolçusu koronavirusa yoluxdu

  • By admin
  • 28 Mart 2020 16:24

İspaniyanın “Valensiya” klubun əsas heyətinin 10 futbolçusuna və klubun 15 nəfər əməkdaşına koronavirus diaqnozu qoyulub.

Gununsesi.org Marca.com-a istinadən xəbər verir ki, klub rəhbərliyi koronavirus aşkarlanan futbolçuların adını açıqlamamaq haqda qərar verib.

Qeyd edək ki, son məlumata əsasən, İspaniyada COVID-19 pandemiyası ilə əlaqədar dünyasını dəyişənlərin sayı 4 858 nəfərə çatıb.

Gununsesi.org