“Vəziyyət pisdir, iş axtarıram” – Renka gileyləndi

  • By admin
  • 19 İyun 2020 13:48

“Depressiyadayam. Məclislər yoxdur, gəlir olmur. Pandemiya işimizə çox pis təsir edib”.

Gununsesi.org xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında rəqqasə Rəna Ağamuradova (Renka) deyib. Sənətçi artıq maddi sıxıntı çəkdiyini etiraf edib. Renka bildirib ki, iş axtarmağa başlayıb:

“Karantin başlayandan bir manat da gəlirim olmayıb. İndiyənə kimi yığdığımı yedim. İndi o da bitib. Vəziyyət pisdir. Başqa işlərə əl atmağı fikirləşirəm. Heç olmasa gündəlik ehtiyacı ödəyim. Ona görə də iş axtarmağa başlamışam.

Əlimdən biznes qurmaq da gəlmir, bacarmıram. Bəlkə salon işinə qayıdım. Amma karantin bitəndən sonra rəqs məktəbi açacam”.

Gununsesi.org