Vətənpərvərlik təbliğ edilib

  • By admin
  • 03 Avqust 2016 16:42

mukafat

 

“Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” layihəsi çərçivəsində Əsgər Ailələrinə Dəstək İctimai Birliyi “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” layihəsi çərçivəsində Binəqədi rayonunda tədbir keçirib.

Gununsesi.info-nun məlumatına görə, tədbirdə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktına dəyişikliklərlə bağlı Qarabağ Müharibəsi veteranları, əlilləri , şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Layihənin rəhbəri Mətanət Əsgərova qeyd edib ki, ictimai rəy Konstitusiyaya dəyişikliklərlə bağlı layihəni Azərbaycanın inkişafı baxımından mühüm islahatlar kimi dəyərləndirir. Daha sonra Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Azərbaycan Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev prezident İlham Əliyevdən sitat gətirərək qeyd edib ki, 2016-cı il Azərbaycanda dərin islahatlar ili olmalıdır: “Bu islahatlar bir çox sahələri əhatə edir. İqtisadi sahədə verilən qərarlar, aparılan islahatlar artıq öz nəticələrini verib və dünyada baş verən qlobal iqtisadi böhranlar belə, bu ilin ilk 6 ayı ərzində Azərbaycan öz iqtisadi inkişaf dinamikasını qoruyub-saxlaya bilib.Ona görə də Azərbaycan inkişaf etməkdə olan ölkədir və qarşısındakı hədəflər böyükdür. “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin sədri Zaur Qəriboğlu isə referendumla bağlı danışarkən vurğulayıb ki, millətimiz üçün bu önəmli hadisədə medianın da üzərinə böyük məsuliyyət düşür: “İctimai rəyi çaşdırmağa hesablanmış informasiyaların qarşısının alınması üçün jurnalistlərin üzərinə böyük məsuliyyət düşür”-, deyə o bildirib. “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” layihəsinin rəhbəri Mətanət Əsgərqızı belə layihələrin maliyyələşməsinin dövlətin bu qəbildən olan insanlara qayğısı kimi dəyərləndirləndirib: “Layihəni icra edərkən bizə müraciət edən veteranlara, əlillərə və şəhid ailələrinə problemlərin həllində də köməklik olunub”. Tədbirin sonunda “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” layihəsinə dəstəyə görə “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin sədri Zaur Qəriboğlu na, dörd dildə çıxan Karabakh Today saytının baş redaktorları Oktay Hacımusalı, Qədir Nəsirov ,Reaksiya.az saytının baş redaktoru Şəbnəm Rəfaelqızı diplomla təltif olundular.

Gülnaz Qənbərli

Gununsesi.info