Vətəndaşlaraı ciddi xəbərdarlıq: “Qapanma tam olacaq, aptek və marketlər də işləməyəcək”

  • By admin
  • 04 İyun 2020 17:28

“Deyilir ki, niyə 70-80 nəfər yoluxma olanda karantin sərtləşdirilib, indi yoluxma artanda yumşaldılmaya gedilir?”

Gununsesi.orgun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, bu müddət ərzində maarifləndirmə işləri aparılıb, ictimai xadimlər çağırışlar edib: “Lakin buna baxmayaraq əhalinin karantin qaydalarına əməl etməməsi nəticəsində yoluxma artdı. Bəzi şəxslər bugünkü yoluxmanı ikinci dalğa adlandırırlar, lakin bu, belə deyil. Bu həftə sonu qapanma tam olacaq. Bütün əczaçılıq subyektləri və marketlər bağlı olacaq. Vətəndaşlar ərzaq və tibbi ləvazimatları bu gün və sabah ala bilərlər”.

Gununsesi.org