Vəkil Elçin Sadıqov istintaqa niyə buraxılmır? - ÖZƏL AÇIQLAMA

  • By admin
  • 23 Mart 2020 13:32

Ötən gün saxlanılaraq rəsmən cinayət məsuliyyətinə cəlb edildiyi yazılan Tofiq Yaqublunun vəkili Elçin Sadıqov onun müdafiəsinə buraxılmadığını bildirir.

Gununsesi.org xəbər verir ki, vəkil özünün sosial şəbəkə hesabında bunları yazıb:

“Nizami rayon polis idarəsinin qarşısındayam. Hələ də məni istintaqa buraxmırlar. Bəhanə edirlər ki, istintaqın rəisi və müstəntiq otaqlarında deyil. Problemlə bağlı Ehsan Zahidovun köməkçisinə, Ombudsmandan Rəşid müəllimə zəng etmişəm. Eyni zamanda Bakı şəhər Nizami Rayon prokuroruna da məlumat vermişəm. Lakin, hələ də Tofiq Yaqublunun müdafiə hüququ pozularaq məni istintaqa buraxmırlar”.

Görüntünün olası içeriği: 1 kişi, açık hava ve yakın çekim

Məsələ ilə bağlı DİN-in Mətbuat Katibi Ehsan Zahidovla əlaqə saxladıq. Nazirlik rəsmisi Gununsesi.org -a bu barədə məlumatsız olduğunu, maraqlanıb nəticə barədə bizə məlumat verəcəyini bildirdi.