Vəkil Adəm Məmmədov aprel şəhidi Nurlan Abdullazadənin evini ziyarət etdi – - FOTOLAR

  • By admin
  • 25 Yanvar 2020 22:09

Gununsesi.org xəbər verir ki,92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş,Məşhur Vəkil Adəm Məmmədov 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olmuş gizir Nurlan Abdullazadənin evini ziyarət edib.

Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Qarabağ savaşı bir daha göstərdi ki, Azərbaycan igidlər diyarı, qəhrəmanlar ölkəsidir.Zərdab şəhərinin igidləri də torpaq uğrunda canlarından keçdi, hərəsi bir qəhərəman oldu. Belə igidlərdən biri də torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş, igid vətən oğlu, şəhid Nurlan Abdullazadədir.Gizir Nurlan Abdullazadə 2016-cı ilin Aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.
Vəkil Adəm Məmmədov bildirdi ki,Nurlanın timsalında bütün şəhidlərin hər biri bizim qurur mənbəyimizdir: “Arzumuz budur ki, işğal altındakı torpaqlar azad olunsun.Güclü ordumuz aprel döyüşlərində bir daha sübut etdilər ki,bizim güclü ordumuz var və hər zaman düşməni məhv etməyə qadirdir.
Həmsöhbət zamanı Adəm Məmmədov Nurlanın ata və anasına bildirib ki,mən sizin qarşınızda baş əyirəm, təşəkkür edirəm ki, belə bir övlad böyütmüsünüz.Nurlan və digər şəhidlərimizi xaqımız heç vaxt unutmayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!







 

 

Gununsesi.org