ÜTT-nin baş direktoru vəzifəsini tərk edir

  • By admin
  • 14 May 2020 21:04

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Roberto Azevedo səlahiyyət müddəti gələn il başa çatsa da, bu ilin 31 avqust tarixində vəzifədən gedəcək.

Gununsesi.org xəbər verir ki, bu barədə təşkilat rəhbərinin üzv ölkələrin nümayəndələrinə verdiyi açıqlamada bildirilir.

Xatırladaq ki, 2013-cü ilin sentyabr ayından ÜTT-nin baş direktoru vəzifəsini tutan R.Azevedonun ikinci dördillik səlahiyyət müddəti 2017-ci ildə başlayıb.

Baş direktor vəzifəsini qalan bir illik müddət ərzində müavinlərdən biri – nigeriyalı Yonov Frederik Agah, almaniyalı Karl Brauner, ABŞ-lı Alan Volf, yaxud da çinli Yi Siaojun icra edə bilər.

 

 

Gununsesi.org