Usubov İmanovu irəli çəkdi

  • By admin
  • 05 Avqust 2016 11:06

ramil

 

Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə Masallı Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Nəriman İmanov vəzifəsindən azad edilib.

O, nazirin imzaladığı digər əmrlə Nərimanov Rayon Polis İdarəsinin (RPİ) rəisi təyin olunub.

Xatırladaq ki, Nərimanov RPİ-nin əvvəlki rəisi İsmayıl Əsədov keçən ay vəzifəsindən azad edilib.

 

Gununsesi.info