ÜST nümayəndəsi Quba səfərindən danışdı - "Bu paylaşımı yanlış zamanda etdim"

  • By admin
  • 25 İyun 2020 17:42

“Rayonlara gedib-getməmək Operativ Qərargahın səlahiyyətində olan məsələdir”.

Gununsesi.org-un verdiyi xəbərə görə, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O qalmaqallı səfəri haqda da danışıb: “Quba səfərimlə bağlı onu deyə bilərəm ki, həmin gün küçəyə çıxma qadağası yox idi və mən insanların arasında deyildim”.

Xatırladaq ki, H. Harmancı iyunun 13-də Quba və Qusar rayonlarına səfərə getmişdi, bu da vətəndaşların müzakirəsinə səbəb olmuşdu. O, bununla bağlı üzr istəmişdi: “Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm”.

 

 

Gununsesi.org