ÜST: Koronavirus pandemiyaya çevrilə bilər

ÜST: Koronavirus pandemiyaya çevrilə bilər

Dünya birliyi koronavirusun pandemiyaya çevrilməsinə hazır olmalıdır.

Gununsesiaz.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus “Twitter”dəki səhifəsində yazı paylaşıb:

“Hazırda “pandemik” sözünü işlətmək faktlara uyğun gəlməsə də, mövcud vəziyyət, əlbəttə ki, qorxu yaratmalıdır. Dünyamız ikiqütblü, yaxud ağ-qara deyil. Biz səylərimizi əngəlləməyə yönəltməli və pandemiya ehtimalına hazır olmaq üçün əlimizdən gələni etməliyik”.

Koronavirusa qarşı universal çarənin olmadığını qeyd edən təşkilat rəhbəri hər ölkənin konkret vəziyyətə görə təhlükəni qiymətləndirməsinin vacibliyini diqqətə çatdırıb.

 

 

Gununsesiaz.info

COMMENTS