ÜST-dən XƏBƏRDARLIQ: Ölkələr koronavirusa qarşı daha ciddi ölçülər götürməlidir

  • By admin
  • 01 Aprel 2020 17:22

Çin və Cənubi Koreya kimi ölkələrdə inkişaflar qeydə alınsa da, Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, koronavirusun yayılmasının qarşısının alınması yaxın görünmür.

“Bu, uzunmüddətli bir mübarizə olacaq. Müdafiədən əl çəkə bilmərik. Hər bir dövlət yerli vəziyyətə uyğun olaraq cavab tədbirləri görməlidir” – deyə, ÜST-nın Qərbi Sakit okeanı hövzəsi proqramının regional direktoru Takeşi Kasai bildirib.

Çində çərşənbə axşamı 48 yeni yoluxma faktı qeydə alınıb. Cənubi Koreyada 125 yeni yoluxma halı təsdiqlənib.

Kasai və digər ekspertlər hökumətlərin daha ciddi ölçülər götürməsinin və virusun yayılmasının qarşısının alınması üçün təzyiqlərinin artırılmasının vacibliyini qeyd edib.

Lakin Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan İtaliya və İspaniya da daxil olmaqla, hökumətlərin ağır nəticələr qarşısında olduğunu deyib. O, yaxın zamanda vəziyyətin sabitləşəcəyinə ümidini ifadə edib. Lakin Rayan virusun özü-özlüyündə dayanmayacağını deyərək, hökumətləri bu sahədə ciddi addımlar atmağa çağırıb.

Koronavirus üzrə texniki rəhbər Mariya Van Kerkhov bildirib ki, ictimai səylərə testlər, təcridolmalar, karantinlər daxil edilməlidir.

Bazar ertəsi İtaliyada daha 812 nəfərin həyatını itirdiyi bildirilib. Bu ölkədə indiyədək ölənlərin sayı 11 591 nəfərdir.

Çində yoluxma halları azalıb. Yalnız ABŞ-da xəstələrin sayı İtaliya və Fransadan çoxdur.

Rayan səhiyyə işçiləri üçün qoruyucu maskaların çatışmazlığına da toxunaraq, ÜST-nin ümumiyyətlə sağlam insanların maskalar taxmamaları barədə tövsiyələrini təkrar edib.

“Maska taxmağın potensial üstünlüklərinə dair heç bir dəlil mövcud deyil. Əslində, maskaların düzgün taxılmamasının əksini sübut edən dəlillər var” – deyə, o bildirib.

Lakin bəzi alimlər evdə hazrlanan qoruyucu maskaların effektiv ola biləcəyini deyir. Belə ki, virusa yoluxan şəxslər öskürdükdə və ya asqırdıqda kiçik cərrəciklər filterlənmiş ola bilər.

ABŞ ştatları yardıma müraciət edir

Nyu-Yokun Empire State Building ötən gecə qırmızı və ağ sirenalarla “ön cəbhədə mübarizə aparan” təcili yardım işçilərininə ehtiram nümayiş etdirib.

Nyu-York ABŞ-da koronavirusun episentridir. Burada 900 nəfər həyatını itiib, xəstəxanalar pasiyentlərin qəbulunda çətinlik çəkir.

Ştat qubernatoru Endrü Kuomo ştatlara müraciət edərək, həkim və tibb bacılarının yardıma gəlməsini istəyib.

Eyni zamanda Kaliforniya qubernatoru Qavin Nyusom təqaüddə olan həkim və digər tibb işçilərinin işə qayıtmasına çağırıb.

ABŞ-da ümumilikdə 164 min yoluxma və 3100-dən çox ölüm halı qeydə alınıb.

Gununsesi.org