ÜST: “COVID-19-la mübarizəyə əlavə 5,9 milyon tibb bacısı cəlb edilməlidir”

  • By admin
  • 07 Aprel 2020 12:02

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirusla mübarizə aparmaq üçün tibb bacılarının çatışmazlığı məsələsini gündəmə gətirib.

Gununsesi.org bildirir ki, bu barədə TASS məlumat yayıb.

ÜST-ün məlumatına görə, pandemiya ilə əlaqədar dünya səhiyyəsinə əlavə olaraq, 5,9 milyon tibbi bacısı cəlb edilməlidir.

Tibb bacılarının çatışmazlığından ən çox əziyyət çəkən bölgələr Afrika, Cənub-Şərqi Asiya, Şərqi Aralıq və Latın Amerikası ölkələridir.

Gununsesi.org