ÜST Azərbaycanda koronavirusla bağlı məlumat yaydı

  • By admin
  • 28 Fevral 2020 21:11

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda koronavirus xəstəliyinə (COVID-19) ilk yoluxma halının qeydə alındığını təsdiq edir.

Gununsesiaz.info xəbər verir ki, bu barədə ÜST-ün Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda deyilir:

“ÜST yeni koronavirus epidemiyasına qarşı cavab tədbirləri ilə bağlı yerli səhiyyə qurumları ilə sıx əməkdaşlıq edir.

Yeni koronavirus epidemiyasına dair məlumatları ÜST-nin rəsmi internet səhifəsindən və sosial şəbəkələrdəki səhifələrindən, o cümlədən Azərbaycandakı rəsmi qurumlardan əldə etməyinizi və təşvişə qapılmamağınızı tövsiyə edirik”.

Qeyd edək ki, Nazirlər Kabinetinin yanında operativ qərargah bu gün Azərbaycanda ilk koronavirus (COVİD – 19)  infeksiyasına yoluxma faktını təsdiq edib.

 

 

Gununsesiaz.info