“Uşaqlıqda narkotik çəkmişəm” - JİRİNOVSKİ

  • By admin
  • 02 Dekabr 2019 20:01

“Uşaqlıqda mən də narkotikdən istifadə etmişəm. Nəsə turş dadı var idi, amma buna öyrəşmədim”.

Gununsesi.org Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski Dövlət Dumasının “İnternetdə narkotiklərin təbliği və yayılması təhlükəsi” mövzulu iclasında deyib. O bildirib ki, ona narkotik maddəni yaşca ondan böyük olan dostları təklif edib və nə olduğunu belə bilməyib:

“Ancaq mən buna öyrəşmədim. Birdən başqasının xoşuna gəlsə, necə? Bunu belə qoymaq olmaz”.

Jirinovski, həmçinin, narkotik alverçilərini ölkənin uzaq regionlarına xaric etməyi təklif edib.

 

 

Gununsesi.org