Uşaqların sevimli aktyoru ağır xəstədir - 40 İLDİR SƏNƏTDƏYƏM, MAAŞ ALMIRAM

  • By admin
  • 04 Avqust 2019 20:16

 

Aktyor Allahverdi Yolçuyev parkinson xəstəliyindən əziyyət çəkir.

Aktyor “Qafqazinfo”ya açıqlamasında bildirib ki, artı1 2 ildir bu xəstəliklə mübarizə aparır:

“2 ilə yaxındır bu xəstəliyim var. Əvvəl bir barmağım əsirdi, sonra əlim, sonra da qolum əsməyə başladı. Xəstəliyin müalicəsi bizdə yoxdur. Qarşısını alsın deyə müəyyən dərmanlar içirəm.

Əksər klinikalara təşəkkür edirəm. Məni aktyor kimi tanıdıqları üçün təmənnasız müayinə edirlər. İrana müalicəyə getmişdim. Ancaq orada yazılan dərmanların xeyri olmadı. Həkimlər deyir ki, parkinsonun dünyada müalicəsi yoxdur. Məndə nevrozdur. Bəlkə də, bu xəstəliyim müalicə olunsa, o da düzələr”.

Yolçuyev sənət dostlarından da ona yardım edənlərin olduğunu bildirib:

“Hacı Nuran sağ olsun, paylaşıb, xəstəliyimi bildirib. Kömək edən də, etməyən də sağ olsun. Hələ mən bu xəstəliyimi çox da bildirmirdim. Qorxmaz Əlili, Elza Seyidcahan, Teymur Əmrah kömək təklifi etdilər”.

Aktyor maddi imkanının zəif olduğunu qeyd edib:

“Aktyor üçün əsas stimul o ola bilər ki, zəhməti qiymətləndirilsin. 40 ildir sənətdəyəm, heç bir fəxri adım yoxdur. Maaş almıram, dublyajda qonorar azdır. Tək işləyən adamam, 10 nəfər ailəni necə dolandırım? Hamısı da qız uşağıdır”.

 Gununsesi.org