Uşaq 16 saat koronavirusdan ölən anasının cəsədi ilə tək qalıb

Uşaq 16 saat koronavirusdan ölən anasının cəsədi ilə tək qalıb

Azyaşlı uşaq 16 saat ərzində koronavirusdan ölən anasının cəsədi ilə tək qalıb.

Gununsesi.org bildirir ki, WGXA telekanalının məlumatına görə, hadisə ABŞ-ın Corciya ştatında qeydə alınıb.

Məlumata görə, “Piedmont Newnan” xəstəxanasında mama-ginekoloq kimi çalışan 42 yaşlı qadın evində ölü tapılıb. Ölümündən əvvəl onun COVID-19-a yoluxmaya görə, verdiyi testin cavabı pozitiv çıxıb.

Baş vermiş hadisə ilə əlaqədar tibb müəssisəsinin bütün işçiləri və pasiyentlər yoluxma riski ilə bağlı xəbərdar ediliblər.

O da vurğulanıb ki, ölən qadın COVID-19 xəstələri ilə təmasda olmayıb.

Qeyd edək ki, mütəxəssislərin fikrincə, tənəffüs aktivliyi olmadığı üçün ölmüş adamdan koronavirus yoluxmur.

Gununsesi.org

COMMENTS