Uşağının müalicəsi üçün pul tapa bilmədi - OĞURLUQ ETDİ

  • By admin
  • 16 Dekabr 2016 14:59

ogru

Övladının müalicəsi üçün oğurluq etdi.

Gununsesi.info xəbər verir ki, Abşeron rayon polis idarəsində rayonun müxtəlif qəsəbələrində vətəndaşlara məxsus fərdi yaşayış evlərindən oğurluq edilməsi barəsində şikayət ərizəsi daxil olub. Daxil olan məlumat əsasında rayonun  Cinayət Axtarış İdarəsinin əməliyyatçıları və Mehdiab polis bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən Məmmədov Malik İbrahim oğlu şübhəli şəxs qismində saxlanılıb. Əslən Naxçıcan Muxtar Respublikasının vətəndaşı olan Mehdiabad qəsəbəsində yaşayan Malik usta işləyərək ailəsini dolandırdığını deyir. Ancaq övladının müalicəsi üçün lazım olan pulu başqa yolla, oğurluq etməklə əldə edəcəyini düşünüb. Bunun üçün isə o yarım tikili və yaşayış olmayan evləri hədəf seçib. Malik ümumilikdə bu üsulla 5 evi qarət edib.Saxlanılan 28 yaşlı Malik oğurluq yolu ilə əldə etdiyi  kombi aparatlarını yol kənarında dayan taksilərə qoyaraq 8-ci kilometr və Sabunçuda yerləşən bazarlarda sataraq 1500 manat pul əldə edib. Qazandığı pulları isə ovladının dərmanlarına xərcləyib. Bununla yanaşı Malik girdiyi mənzillərdən təkcə kombi aparatı aparmadığını da deyir. Həmçinin bir evdən qızıl üzükdə aparıb. Bəzək əşyasını isə 45 manata satdığını deyir. Hər nə qədər oğurluğu övladının müalicəsi üçün törətdiyini desə də bu Maliki cinayət məsuliyyətindən azad etmir. Polis əməkdaşları onun oğurluq əməllərinin sayının çox olmasını da istisna etmirlər. Faktla bağlı Abşeron rayon polis idarəsində cinayət işi başlanıb araşdırma aparılır.

Gununsesi.info