“Uşağı olmadığı üçün xalam məni övladlığa götürmüşdü…” - İLQAR MİKAYILOĞLUNUN HÜQUQŞÜNAS XANIMI DEPUTAT OLMAQ İSTƏMİR

  • By admin
  • 23 Fevral 2017 11:48

zulf-2

Gununsesi.info-nun müxbirinin suallarına  hüquqşünas, tanınmış teleaparıcı İlqar Mikayıloğlunun həyat yoldaşı Zülfiyyə Bayramova cavab verir.

Gununsesi.info müsahibəni təqdim edir:

– Zülfiyyə xanım,  ilk öncə ailənizdən başlayaq: necə bir ailə də dünyaya gəlmisiniz, atanız, ananız necə insanlardır?

– Mən ziyali ailəsində doğulmuşam, atam ömrünün sonuna qədər kitab oxudu. Biz həmişə atamızın gözündə eynək, ya kitab, ya da qəzet oxuyan gördük. Bəlkə də  bununla bizdə oxumaq həvəsini yaratdılar, hər birimiz bacıdan tutmuş qardaşlara qədər ali təhsilliyik və öz sahəmiz də çalışırıq. Atam rəhmətə gedib, anamsa, Allah bütün analara ömür versin, sağdır.

“Xalamın övladı olmadığı üçün məni övladlığa götürmüşdü…”

– Bəs necə uşaqlığınız olub?

– Demək olar ki, çox xoşbəxt uşaqlığım olub. Hər nə istəmişəm, onu mənim üçün təşkil ediblər. Sonra isə bildiyiniz kimi, xalamın övladı olmadığı üçün məni övladlığa götürmüşdü. Təsəvvür edin, biri var bir ailənin tək uşağı olmaq, biri də var bir nəslin tək uşağı  olmaq… Xalam məni götürüb saxladığına görə, hər kəs xalamın xətrinə mənim nazımla oynayıb və mən bir nəslin ərköyün uşağı olmuşam.

– Kənardan çox güclü qadın kimi görünürsünüz. Bu, sadəcə, obrazdır, ya həqiqətən belədir?

-Yox, bu, obraz deyil. Mən hər vəziyyətdə özümü və ətrafımı qorumağa hazır bir adamam riskləri sevirəm. Bəlkə də risk etdiyim anda qarşıma çıxacaq maneləri aşmağa gücüm olduğu üçün belə rahatam. Bayaq da dedim, uşaqlığımda ərköyün olmuşam. Amma böyüdükdən sonra gəncliyimdə ərköyünlük edə bilməmişəm, əksinə, gəncliyim mənə ərköyünlük edib. Amma onun da öhtəsindən gəlmişəm. O, ərköyün gəncliyimi mum edə bilmişəm.

Çətinliklərim çox olub. Bəlkədə məni belə güclü edəndə o illərin qarşıma çıxardığı çətinliklər olub.

– “Qanunla biz” verilişi çox maraqla qarşılanır. Bəs veriliş sizin tam ürəyinizcədir, ya “bir az başqa cür olsa idi, daha yaxşı olardı” dediyiniz anlar da olurmu?

– Nəzərə almaq lazımdır ki, mən hüquqşünasam, veriliş diletantlar tərəfindən yox, peşəkarlar tərəfindən hazırlanır və tam mənada hüququn və Azərbaycan qanunlarının tamaşaçılara  izahı üzərində qurulub. Burda nə reytinq dalınca qaçmaq var, nə veriliş xətrinə veriliş hazırlamaqdı… Bu veriliş maariflənməyə köklənmiş bir verilişdir.

“Hüquqşunasların bəzilərində kamera fobiyası var…”

– Veriliş zamanı başınıza gələn ekstrim vəziyyətlər olub?

– Mən dedim axı, verilişi  diletantlar yox, peşəkarlar hazırlayır və hər bir peşəkar kimi biz də daim inkişaf etmək, daha da yaxşı izaha üstünlük vermək, insanların hüquqi maariflənməsinə nail olmaq istəyirik. Ona görə də elə anlar çox olur. Nəzərə almaq lazımdır ki, hüquqşunasların bəzilərində kamera fobiyası var. Ona görə olur ki, verilişdə müəyyən məqamda anlaşılmaz vəziyyətlər yaranır. Hətta, bir dəfə verilişi çəkə bilmədim və təxirə saldım. Bu da bu ilyarımda bir dəfə olub. 

“Deputat olmaq istəmirəm”

zulf

– Gələcəkdə millət vəkili olmaq və ya hansısa dövlət orqanında çalışmaq fikriniz var?

-Yox, yox, hərənin öz işi var. Mən öz yerimdən çox razıyam, əgər insanların maariflənməsin də xidmət göstərirəmsə, bu, mənə bəs edər.

– Gərgin iş qrafiki ilə çalışdığınızı bilirəm. Evə necə, vaxt ayıra bilirsiniz? Mətbəxlə aranız necədir?

Mətbəx ilə aram çox əladır. Deyilənə görə yeməklərim ləzzətli olur. Görürsünüz də necə təvazökar xanımam (gülür).

– 4 övladınız var, Allah saxlasın! Onlar arasında Sizin yolunuzu davam etdirmək istəyənlər varmı? 

– Övladlarımın hər birinin öz yolu var. Hələ ki o fikirdə olanı yoxdur. Amma gələcəkdə elə fikirdə olan övladım olsa, kömək edərəm. Amma bu gün üçün hələ ki uşaqlarım dəqiq elmlərə üstünlük verirlər.

– Yenidən ana olmaq kimi bir fikriniz var?

– Mərhum sənətkarımız Nəsibə xanım demiş doğan vaxtımdı bəyəm(gülür) yox yaş 40-ı keçib ey bundan sonra uşaq saxlamağa səbrim çatmaz birdə. Allah balalarıma ömür versin onlar mənə bəsdir. 

“Televiziya sahəsində İlqarla mübahisə etmək yersizdir…”

– İlqar müəllimlə çox nümunəvi və pozitv cütlüksünüz. Heç işlə bağlı və ya məişət mövzularında mübahisə etdiyiniz olur?

– İlqar çox gözəl insan və gözəl dostdur. Sadəcə, onu anlamaq, onunla yaxşı yoldaşlıq etmək lazımdır. Mübahisələrimiz olub. Amma çox kiçik mübahisələr olub və anındaca unudulub. O, peşəkar televiziyaçıdır. Ona görə televizyada ondan öyrənəcəyim çox şey var. Bəzən elə bu yönümdə mübahisəmiz olur və mən dərk edirəm ki, televiziya sahəsində İlqarla mübahisə etmək yersizdir. Ona görə mübahisələrimizi tez həll edirik, biz ailədə ər- arvaddan çox, dostuq. Bu dostluq da bizə mübahisəni tez aradan qaldırmağa kömək edir. 

– Yoldaşınız daha çox qısqancdır, ya siz?

– Etiraf edim ki, İlqarı sevənlər daha çoxdur, bu, bəzən məndə qısqanclıq yaradır. Amma aramızda güclü inam və etibar olduğu üçün, bu hiss də bizə mane olmur. 

– Evdə Sizə ən əziz olan əşya nədir?

– Mənim üçün ən əziz əşya rəsm əsərləridir. Demək olar ki, evimizdə rəsim əsərləri daha çox üstünlük təşkil edir. Özü də mən, o, rəsm əsərlərini haradan gəldi, almıram. O, rəsmlər bəlli bir rəssamın öz əl işidir. Orijinal, təbii ki, dünya rəssamlarının əsərlərini almağa gücüm çatmaz. Amma Azərbaycanda da yetərincə gözəl rəssamlar var ki, onların bir neçəsinin rəsm əsəri bizim evi bəzəyir. Bunlar da mənim sevdiyim əşyalardır.

Dilarə Zamanova

Gununsesi.info