Uruqvayda qeyri-adi istefa: Baş məşqçisi işdən çıxarıldı – SƏBƏBİ

  • By admin
  • 28 Mart 2020 19:00

Uruqvay Futbol Assosiasiyası (AUF) milli komandanın baş məşqçisi Oskar Tabareslə yollarını ayırıb.

Gununsesi.org-un “Report”a istinadən məlumatına görə, bu barədə qurumun rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, 73 yaşlı mütəxəssis koronavirus pandemiyasına görə istefaya göndərilib. Tabareslə yanaşı, AUF-un 400 əməkdaşı da işdən azad olunub.

Qeyd edək ki, Oskar Tabares 2006-cı ildən Uruqvay millisinə başçılıq edirdi.

Gununsesi.org