“Ünvanlı sosial yardım ölü doğulub” - İqtisadçı-ekspertdən hökumətə 7 təklif

  • By admin
  • 20 Sentyabr 2016 14:37

yardim

Ünvanlı dövlət sosial yardımı sistemini necə işlək hala gətirmək olar?

Gununsesi.info İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Qalib Toğrula istinadən xəbər verir ki, Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi Ünvanlı Dövlət Sosial Yardımının (ÜDSY) verilməsilə bağlı elektron sistemə keçdikdən sonra da bu sahədə problemlər həll olunmamış qalır.

Q.Toğrul qeyd edir ki,  bu sahədə korrupsiya və rüşvət olduğunu etiraf edən yeni rəhbərlik nazirliyin “data base”-də formalaşmış sosial yardım alanların bazasından imtina etmək əvəzinə yeni yardım təyinatları zamanı ona istinad etməyə başladı, hətta özünümaliyyələşdirmə layihəsinin də bu baza əsasında həyata keçiriləcəyini elan elədi: “Ünvanlı Dövlət Sosial Yardım obrazlı desək, ölü doğulub. Sistem işə düşdüyü ilk ildən (2006) bugünə qədər bu istiqamətdə təxminən 2 milyard manat pul xərclənib. Ancaq sosial yardım alanların yarıdan çoxunun yoxsul (aztəminatlı ailə) olmaması xərcləmələrin səmərələliliyini azaldıb”.

Iqtisadçi  sosial yardım sistemindəki korrupsiya hallarının azaldılması (ləğvi), iqtisadi böhran və son aylar artan inflyasiya fonunda əhalinin aztəminatlı həssas təbəqəsinin qorunması, sosial gərginliyin yumşaldılması məqsədilə aşağıdakı təklifləri verir:

1.Sosial yardım alanlara hər ay pul yardımıəvəzinə ancaq ərzağa xərclənmək şərtilə sosial kartlar verilsin. Yəni həmin kartdakı məbləğəərzaqdan başqa heç nə almaq mümkün olmasın.

Dünya təcrübəsində yoxsul ailələrin əksəriyyəti aldıqları yardımın demək olar ki, hamısınıərzağa xərcləyirlər. Bunun üçün nazirlik bu istiqamətdə bir tədqiqat aparıb real vəziyyətə aydınlıq gətirə bilər. Ancaq onu deyim ki, İqtisadi Tədqiqatlar Mərkəzinin 2013-cü ildə apardığı tədqiqat bunu təsdiq edib.

2.Sosial kart vasitəsilə alınmasına icazə verilən ərzağın siyahısı hazırlanaraq təsdiq edilsin.

Bu siyahıya saxlanma müddəti qısa olan ilkin tələbat malları–çörək, süd, pendir, yağ, xama, kəsmik, tərəvəz, meyvə, çəkər tozu, ət, yumurta, qarabaşaq, düyü və sair daxil edilə bilər.

3.Kartdakı məbləğin tamının bir ay (və ya ayyarım) ərzində xərclənməsi şərti qoyulsun. Bir aydan sonra həmin məbləğ dondurlulsun.

4.Kart vasitəsilə ancaq əvvəlcədən razılaşdırılmış, sosial kartların xüsusi sistemə inteqrasiya olunduğu marketlərdə alış-veriş etmək mümkün olsun.

5.Sosial kartların verilməsi zamanıÜDSY-nin hesablanmasıüçün istifadə olunan Ehtiyac meyarı göstəricisindən imtina olunmalı, adambaşına aylıq gəliri Ölkəüzrə Yaşayış Minimumu göstəricisindən aşağı olan aztəminatlı ailələrin üzvlərinə verilən məbləğ elə bu göstəriciyə uyğun olaraq da hesablanmalıdır.

Son vaxtlar əksər ərzaq məhsullarının bahalaşması artıq ÜDSY-nın hazırkı hesablanma mexanizmini üçün istifadə olunan 105 manatlıq Ehtiyac meyarının ləğvini, 136 manatlıq Yaşayış minimumunu keçməyi tələb edir.

6.Nəhayət, yerli istehsalı təşviq etmək üçün sosial kartla yalnız Azərbaycan istehsalı olan məhsulların alınmasışərti qoyulmalıdır.

7.Ən nəhayət, yeni sistemə keçməzdən nazirliyin data base-dəki sosial yardım alanlar ciddi surətdəələkdən keçirilməli, yoxlanılmalı, əsl yoxsullar üçün sosial yardımın qapısı həmişə açıq olmalıdır.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info