Ukraynanın keçmiş xarici işlər naziri həbs edildi – QANUN ÖZ SÖZÜNÜ DEDİ

Ukraynanın keçmiş xarici işlər naziri həbs edildi – QANUN ÖZ SÖZÜNÜ DEDİ

Ukraynanın keçmiş xarici işlər naziri Leonid Kojara qəsdən adam öldürməkdə şübhəli bilinərək, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub.

Gununsesi.org bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Kojaranın cinayəti öz evində törətdiyi bildirilir. Keçmiş nazir barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılıb.

Xatırladaq ki, Kojara 2012-2014-cü illərdə Ukrayna XİN-ə rəhbərlik edib.

Bir ay öncə keçmiş nazirin evində 56 yaşlı Kiyev sakininin öldüyü məlum olmuşdu. Araşdırma nəticəsində sözügedən şəxsin “Atlantic Group” şirkətinin baş direktoru Sergey Staritski olduğu üzə çıxıb.

Polis əvvəlcə hadisəni intihar kimi qiymətləndirsə də, sonradan istintaqın qəsdən adam öldürmə şübhəsi ilə davam etdirildiyi qeyd olunur.

Gununsesi.org

COMMENTS