Ukraynadan azərbaycanlını deportasiya etdilər

Ukraynadan azərbaycanlını deportasiya etdilər

Ukraynadan azərbaycanlı deport edilib.

Gununsesi.org bildirir ki, Segodnya.ua bu barədə Ternopol vilayətinin Miqrasiya İdarəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, 35 yaşlı Azərbaycan vətəndaşı Ukraynanın miqrasiya qanunlarını pozub:

“Xarici vətəndaş ölkəmizə vizasız gəlib və icazə verilən müddətdən artıq qalıb. Həmin şəxs miqrasiya səlahiyyətlilərinin regional mərkəzdə yoxlama apardığı zaman aşkar edilib, qanunun tələblərinə uyğun şəkildə ona qarşı inzibati protokol tərtib edilib və ölkəsinə geri qaytarılması qərarına gəlinib. O, bu tələbə məhəl qoymadığı üçün Miqrasiya İdarəsi onun ölkə ərazisindən xaric edilməsi iddiası ilə məhkəməyə müraciət edib”, – deyə Ternopol bölgəsinin Miqrasiya İdarəsinin nümayəndəsi məlumat verib.

Həmin şəxs məhkəmənin qərarı ilə Ukrayna ərazisindən çıxarılaraq Azərbaycana göndərilib.

Gununsesi.org

 

COMMENTS