Ukraynada daha 17 nəfər koronavirus qurbanı oldu

  • By admin
  • 11 May 2020 11:27

Ukraynada daha 416 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma faktlarının sayı 15 648-ə çatıb.

Gununsesi.org xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 17 nəfər artaraq 408-ə yüksəlib.

İndiyədək Ukraynada 3 288 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,1 milyonu ötüb. Bunların 1,4 milyon nəfərdən çoxu sağalıb, 283 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

 

Gununsesi.org