Ukrayna prezidentinin ötən ilki gəliri açıqlandı

  • By admin
  • 30 May 2020 20:58

Ukrayna Prezidenti Vladimir Zelenski və ailə üzvləri 2019-cu il ərzində 1 milyon ABŞ dollarından çox qazanıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat xidməti bildirib.

“Bəyannaməyə əsasən 2019-cu il dövlət başçısının və ailəsinin gəlirləri 28 602 468 qrivna (təxminən 1,06 milyon ABŞ dolları – red) təşkil edib”, – xəbərdə deyilir.

Qeyd edilir ki, ötən il Zelenski ailəsi ölkə büdcəsinə 3,6 milyon qrivna vergi ödəyib.

“Dövlət başçısının 2019-cu ilin may-dekabr ayları üzrə maaşının məbləği 208 787 qrivna (demək olar ki, 7,8 min ABŞ dolları) təşkil edib”, – mətbuat xidmətində qeyd ediblər.

Zelenski daha əvvəl bildirib ki, prezident vəzifəsi onun məsuliyyəti və insanların həyatını yaxşılaşdırmağa kömək etmək imkanı ilə xoşuna gəlir.

 

 

Gununsesi.org