“Ukrayna dağılmaq təhlükəsi ilə qarşı-qarşıyadır” - Mixail Saakaşvili

  • By admin
  • 10 İyun 2020 12:01
Ölkənin bütün bölgələrində mərkəzdənqaçma meyilləri artmağa başlayır, dövlət dağılmaq ərəfəsindədir.
Gununsesi.org xəbər verir ki, bu sözləri Ukrayna İslahatlar üzrə Milli Şurasının icraiyyə komitəsinin rəhbəri Mixail Saakaşvili Ukrayna 24 telekanalına açıqlamasında deyib.
“Bəli, islahatlar aparmayacağıqsa, ölkənin parçalana biləcəyini deyə bilərik. Real işlər görməliyik, əks təqdirdə ölkəni itirəcəyik. Özümüzü aldatmağa ehtiyac yoxdur – hansı tərəfə baxırsan bax – cənubda, şərqdə və uzaq qərbdə mərkəzdənqaçma qüvvələri güclənib”.
Gununsesi.org