“Ukrayna arxa plana keçib, indi…” - Politoloq

  • By admin
  • 21 Oktyabr 2016 22:10

Elxan Shahinoglu

“Kiyevin mərkəzindəki “Maydanda” toqquşmalar baş verəndə, Ukrayna cəmiyyəti “Avropa, yoxsa Rusiya” dilemması ətrafında bölündükdə Suriyadakı hadisələr bunun kölgəsində idi, çünki bu müharibədə hələ xarici oyunçular fəal deyildilər. İndi tam tərsinədir, Ukrayna arxa plana keçib, beynəlxalq aləm daha çox Suriya müharibəsindən danışır, hətta bu savaşın üçüncü dünya müharibəsinə səbəb ola biləcəyi haqqında müxtəlif mülahizələr irəli sürülür”.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu dilə gətirib.

Onun sözlərinə görə, ancaq Ukrayna və onun tərkib hissəsi olan Donbass özünü “unutdurmamağa” çalışır.

O, deyib ki,  Rusiya, Ukrayna, Fransa prezidentləri, o cümlədən Almaniya kanslerinin Berlində Normand dördlüyü çərçivəsindəki görüşü faktiki nəticəsiz qaldı.

“Bunun nəticəsidir ki, bu gün Donbassda yenə atəş səsləri eşidilir, atəşkəs bölgəsinin yaxınlığındakı Mariupol şəhəri ətrafında qızğın döyüşlər gedir. Donbass separatçıları Donetsk və Luqanskı ələ keçirdikdən sonra diqqətlərini dənizə çıxışı olan Mariupola dikmişdilər, iki il əvvəl oranı işğal edə bilmədilər, indi yarımçıq qalmış planlarını reallaşdırmaq istəyirlər”-deyə, E. Şahinoğlu sözlərinə əlavə edib.

Gununsesi.info