“Ufa” azərbaycanlı futbolçu ilə müqaviləni yenilədi

  • By admin
  • 30 May 2020 17:23
Rusiyanın “Ufa” klubu mayın 31-də müqaviləsi başa çatan bütün futbolçuları ilə mövsümün sonuna qədər yeni müqavilə bağlandığını açıqlayıb.

Gununsesi.org xəbər verir ki, bu barədə klubun “Twitter” hesabında məlumat yerləşdirilib.

Klub doqquz futbolçu – müdafiəçilər Danil Kruqovoy, Aleksandr Putsko, Denis Terentyev, Boyan Yokiç, Aleksey Nikitin, Aleksandr Suxov və Pavel Alikin, həmçinin yarımmüdafiəçilər Dmitri Sısuyevl və azərbaycanlı Azər Əliyevlə müqavilənin müddətini uzadıb.

 

 

Gununsesi.org