UEFA: Futbol mövsümünün bərpası barədə danışmaq hələ tezdir

  • By admin
  • 20 Mart 2020 20:56

Avropa Futbol Asossiasiyaları Birliyi (UEFA) hesab edir ki, mövsümün bərpa olunmasının vaxtı ilə bağlı proqnoz vermək hələ tezdir.

Bunu Gununsesiaz.info qurumun rəsmi saytına istinadən xəbər verir.

Martın 17-də UEFA koronavirus pandemiyası səbəbindən Avropa çempionatını 2020-ci ilin yayından 2021-ci ilin yayına keçirmək qərarına gəlib. Çempionlar Liqası, Avropa Liqası və demək olar ki, Avropanın bütün milli çempionatları dayandırılıb.

Çin hakimiyyəti 31 dekabr 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ölkənin mərkəzi hissəsindəki (Xubey əyaləti) Uhan şəhərində naməlum pnevmaniyanın yayılması haqqında məlumat verib.

Mütəxəssislər xəstəlik törədicinin koronavirus olduğunu müəyyənləşdirib. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.

 

 

Gununsesiaz.info