UEFA-dan Çempionlar Liqasında dəyişiklik: Oktyabrdan…

  • By admin
  • 01 Aprel 2020 18:55

UEFA avrokubokların 2019/20 mövsümünün bərpasını iyula qədər təxirə salıb.

Gununsesi.org-un Apasport.az saytına istinadən məlumatına görə, bu qərar milli assosiasiyaların nümayəndələri ilə bugünkü iclasda verilib.

Qurum avrokubok mövsümünün koronavirus pandemiyası üzündən baş tutmayan oyunlarını iyul-avqust aylarında keçirməyi planlaşdırır. Bu baş tutsa, növbəti mövsüm də gec başlayacaq.

Belə olan halda Çempionlar Liqasının 2020/21 mövsümünün oktyabrın 14-21-də başlayacaq. Milli assosiasiyalar çempionatların sona çatdırılması üçün iyundakı yay fasiləsindən imtina etməyə razılıq verib.

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqası 1/8 final mərhələsində dayanıb.

Gununsesi.org