“UEFA “Avro 2020″-i 9 şəhərdə keçirə bilər” - CEFERİN

  • By admin
  • 18 May 2020 11:24

UEFA prezidenti Aleksandr Çeferin AÇ-2020 ilə bağlı açıqlama verib.

Gununsesi.org-un məlumatına görə, o bildirib ki, qitə birinciliyi 12 yox, daha az şəhərdə baş tuta bilər.

Buna səbəb isə 9 şəhərdən başqa digər şəhərlərin hələ ki, çempionat üçün hazır olmamasıdır: “Hələ də fikrimiz AÇ-ni 12 şəhərdə keçirməkdir. 9 şəhər buna hazırdır, lakin 3 şəhərdə problemlər mövcuddur. Bununla bağlı daha sonra müzakirələr aparacağıq. Əgər alınmasa, 9 və ya 8 şəhərdə çempionatı keçirə bilərik”.

UEFA-ya hazır olduqlarını bildirməyən şəhərlər isə Roma, Kopenhagen və Bilbaodur.

Xatırladaq ki, UEFA qitə çempionatının koronavirus səbəbiylə 2020-ci ildən 2021-ci ilə qədər keçirilməsi barədə mart ayında qərar verib. Turnirin oyunlarının Avropanın 12 şəhərində – Sankt-Peterburq, Münhen, Roma, Bakı, Buxarest, Budapeşt, Kopenhagen, Amsterdam, Bilbao, Dublin, Qlazqo və Londonda baş tutması planlaşdırılır.

Gununsesi.org