Tyerri Anrinin yeni iş yeri bəlli olub

  • By admin
  • 14 Noyabr 2019 19:33

Fransalı məşqçi Tyerri Anrinin yeni iş yeri müəyyənləşib.

Gununsesi.org-un məlumatına görə, 42 yaşlı mütəxəssis MLS-də mübarizə aparan “Monreal İmpekt” klubunun baş məşqçisi olub. Kanada təmsilçisi Anri ilə 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Tyerri Anri baş məşqçi karyerasına ötən ilin oktyabrında Fransanın “Monako” klubunda başlayıb. O, uğursuz nəticələrə görə üç aydan sonra vəzifəsindən göndərilib. Sabiq hücumçu Fransa yığmasının heyətində 1998-ci ildə dünya, 2000-ci ildə isə Avropa çempionu olub.

 

Gununsesi.org