Türkmənistanın Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatdı

  • By admin
  • 28 Sentyabr 2016 18:57

2fb0a20bc0c432beab0ff0a804599edc

Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, T. Komekov diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstək üçün təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafında səylərini əsirgəmədiyini vurğulayıb.

E. Məmmədyarov diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Gununsesi.info