Türkmənistan səfirinin Bakıdakı vaxtı bitdi

  • By admin
  • 28 Sentyabr 2016 20:29

mammadyarov_komekov_280916

 

Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Azərbaycanda diplomatik missiyasını başa vuran səfiri Toylı Komekovu qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, səfir T.Komekov diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir E.Məmmədyarov səfir T.Komekova gələcək fəaliyyətində uğurlar arzu edib.

 

Gununsesi.info