Türkiyənin 3 iri şəhərindən Azərbaycana 80 milyonluq satış edilib

  • By admin
  • 15 Fevral 2020 11:07

İstanbul, Ankara və İzmirdən Azərbaycana ixracın həcmi 2020-ci ilin yanvar ayında 80,658 milyon dollar təşkil edib.

Bu barədə Gununsesi.org Trend-ə istinadən xəbər verir.

Məlumata əsasən, qeyd edilən dövr ərzində İstanbuldan Azərbaycana ixrac 2019-cu ilin yanvar ayı ilə müqayisədə 45,49 faiz artaraq 69,667 milyon dollar təşkil edib.

“2020-ci ilin yanvarında Ankaradan Azərbaycana ixrac 2019-cu ilin cari dövrü ilə müqayisədə 8,61 faiz azalaraq 6,310 milyon dollar təşkil edib”, – deyə Nazirliyin məlumatında deyilir.

Gununsesi.org