Türkiyədə partlayış törədən kamikadze-terrorçunun kimliyi bəlli oldu

  • By admin
  • 16 Dekabr 2016 23:36

terroru

 

Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunun Maçka parkında partlayış törədən kamikadze-terrorçunun kimliyi bəlli olub.

Gununsesi.info xəbər verir ki, İstanbul Terrorla Mübarizə Şöbəsi (TEM) hadisəni həyata keçirənin Burak Yavuz adlı şəxs olduğunu bildirib.

Məlumata görə, qanlı hadisəni törədənin şəxsiyyətini Yavuzun atasından götürülən DNA örnəkləri vasitəsilə müəyyən etmək mümkün olub.

Qeyd edək ki, onun 1996-cı ildə doğulduğu və “Erdal” ləqəbi ilə tanındığı vurğulanıb.

Xatırladaq ki, dekabrın 11-də sözügedən parkın yaxınlığında kamikadzenin özünü partlatması nəticəsində 44 nəfər həlak olmuş, 57 nəfər isə yaralanmışdı.

Gununsesi.info