Türkiyəli müğənni koronavirusa yoluxdu

  • By admin
  • 28 Mart 2020 19:46

53 yaşlı türkiyəli müğənni Demet Sağıroğlu da koronavirusa yoluxub.

Gununsesi.org-un xəbərinə görə, uzun illərdir ki, Nyu-Yorkda yaşayan müğənni bu barədə öz “İnstagram” səhifəsində məlumat paylaşıb.

Müğənni paylaşımında qeyd edib: “10 gündür xəstəyəm. Ətrafımda olan çoxlu sayda insanın koronavirus testi pozitiv çıxıb. Mən də virusun bütün simptomlarını, qızdırmadan başqa bütün əlamətlərini keçirdim. Testdən keçməmişəm və ehtimal edirəm ki, 4-5 gün ağrı keçirdikdən sonra sağalacam. Bir qədər halsızam. Yaxınlarımı qorxutmamaq üçün bu barədə onlara heç nə deməmişəm. Göstərdiyi diqqət və sevgiyə görə hər kəsə təşəkkür edirəm”.

Müğənni hazırda Nyu-Yorkda vəziyyətin çox ağır olduğunu və özünün də bu virusa yoluxduğunu ehtimal etdiyini deyib.

 

 

 

Gununsesi.org