Türkiyəli məşhurları Bakıya gətirdən bəlli oldu – Keçmiş nazirin nəvəsinin toyu üçün gəliblər - FOTOLAR

  • By admin
  • 25 Yanvar 2020 15:58

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda keçirilən dəbdəbəli toyların birində Türkiyə şou-biznesinin məşhur simaları – Nihat Doğan, Ebru Yaşar, Doğuş və bir neçə azərbaycanlı sənətçi səhnə alıblar.

Gununsesi.org xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, toyun sahibi mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu Rəşad Camalov olub. Belə ki, R.Camalovun qızı Züleyxa Elşən adlı bəylə ailə həyatı qurub.

 

 

Toyun aparıcılığı Nəsib Nura, idarə olunması isə müğənni Zamiq Hüseynova həvalə olunub.

Şadlıqda Xalq artistləri Zülfiyyə Xanbabayeva, Röya Ayxan, müğənni Namiq Qaraçuxurlu ilə yanaşı, Əməkdar artist Xumar Qədimova da iştirak edib.

 

Yavər Camalov

Rəşad Camalov

Gununsesi.org