Türkiyədə son sutkada 28 nəfər virusdan dünyasını dəyişdi

  • By admin
  • 26 May 2020 21:31

Türkiyədə koronavirusdan ölüm və yoluxma sayında azalma davam edir.

Gununsesi.org xəbər verir ki, son sutka ərzində Türkiyədə 28 nəfər dnüyasını dəyişib, 948 nəfər Covid-19-a yoluxub. Bununla da ümumi ölüm sayı 4397, yoluxma sayı isə 158 762 olub.

Son sutka ərzində 1492 nəfər sağalaraq evə buraxılıb.

 

 

Gununsesi.org