Türkiyədə qorxunc satistika: Bir gündə 2 min yoluxma

  • By admin
  • 30 Mart 2020 16:55

Son 24 saat ərzində Türkiyədə yeni bir növ koronavirus ilə yoluxma hallarının sayı 1,8 mindən çox artıb.

Gununsesi.org Sputnik Azərbaycan -a istinadən bildirir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

F.Qoca qeyd edib ki, son 24 saat ərzində 9992 test aparılıb və 1815 yeni koronavirusa yoluxma halları qeydə alınıb, 23 xəstə vəfat edib:

“İndi ölənlərin ümumi sayı 131, xəstələrin sayı isə 9,217 nəfərə çatıb”.

Onun sözlərinə görə, koronavirusun səbəb olduğu xəstəlikdən sağalmış xəstələrin ümumi sayı 105 nəfərdir.

Gununsesi.org