Türkiyədə öldürülən 7 terrorçudan dördü axtarışda imiş

  • By admin
  • 16 İyun 2020 14:43
Türkiyənin Siirt, Faraşin, Van və Hakkari bölgələrində zərərsizləşdirilən 7 terrorçudan dördünün kimliyi məlum olub.
Gununsesi.org-un xəbərinə görə, Türkiyənin Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, “Jiyan” kod adlı Esma Afşar, “Brüsk” kod adlı Basri Cin, “Mahir Nemrut” kod adlı Fərid Danışman və “Azad” kod adlı İsmayıl Duman uzun müddətdir axtarışda olublar.
Bildirilib ki, E. Afşar və B. Cinin başına 1 milyon türk lirəsi, F. Danışmanla İ. Dumanın başına isə yarım milyon türk lirəsi mükafat qoyulub.
Gununsesi.org